" Vergi və ölümə çarə yoxdur " - Ziyad Səmədzadə


14:47     13 Fevral 2018 ziyad_samedzade.jpg

“İqtisadi qüdrətin artmasında vergilərin böyük rolu var”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, Azərbaycanın son 15 il ərzində əldə etdiyi uğurlarından birincisi iqtisadi sistemin qurulmasıdır:

“Vergi və ölümə çarə yoxdur. Qlobollaşan dünyada risklərin artdığı dövrdə sabit maliyyə resursları olmalıdır. Sabit maliyyə resursları vergilərdən keçir. Cəmiyyətdə artıq azad sahibkarlıq inkişaf edib. Son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi olmayıb.”

Komitə sədri bildirib ki, bir çox məsələlər iqtisadi strukturların köməkliyi ilə həll olunmalıdır: “Vergi yükünü yox, vergi ödəyənlərin sayını artırmaq lazımdır. Vergi yükü sabit qala bilər, amma vergi ödəyicilərinin sayının artması hesabına maliyyə resurslarını artırmaq olur, yeni iş yerləri yaradılır. Gələcəkdə vergi ödəyicilərinin sayını sivil qaydada artırmaq lazımdır. Şəffaflığın artması ölkənin imicinə təsir edir. Prioritetlər müəyyən olunsa, bir çox sahələrdə 18 faiz ƏDV-ni çox tətbiq etməyə ehtiyac olmayacaq. Yəni bəzi sahələrdə 3 və 5 faiz ƏDV tətbiq etmək olar. Bu gün vergidən azadolmalar çoxdur. Yəni limit qoyulmalı, azadolmalara diqqət yetirilməlidir”.

Femida.az

Açar sözlər: #Vergi   #Deputat  

Oxunub: 868